Bakıda veb sayt hazırlanması

Hazır şablon almaq asandır, amma şablon sizin biznesinizi bilmir: lazımsız kod gətirir, yavaş yüklənir, dəyişiklik istəyəndə hər şey sınır. Mən saytınızı sıfırdan, Next.js və TypeScript ilə yazıram — yalnız sizə lazım olan funksiyalar, təmiz struktur və gələcəkdə asan genişlənmə imkanı ilə.

Nə daxildir
  • Fərdi dizayn — hazır şablon istifadə olunmur
  • Mobil, planşet və desktop üçün tam uyğunlaşdırma
  • Texniki SEO təməli: metadata, struktur data, sitemap, robots.txt
  • Core Web Vitals üzrə performans optimizasiyası
  • Çoxdilli struktur (AZ/EN/RU) — ehtiyac olarsa
  • Admin panel və ya məzmun idarəetməsi — ehtiyac olarsa
  • Vercel-də deploy və domen bağlanması
İş prosesi
  1. 01

    Söhbət və tələblər

    Biznesinizi, hədəf auditoriyanı və saytdan gözləntinizi dəqiqləşdiririk. Bu mərhələ pulsuzdur.

  2. 02

    Struktur və dizayn

    Səhifə strukturu, sonra vizual dizayn. Təsdiqinizdən sonra koda keçirik.

  3. 03

    Development

    Next.js ilə kodlaşdırma. Ara nəticələri canlı linkdə görürsünüz, rəy verirsiniz.

  4. 04

    Test və deploy

    Performans, mobil uyğunluq və SEO yoxlanışı, sonra öz domeninizdə canlıya çıxış.

Tez-tez verilən suallar

Sayt hazırlanması nə qədər vaxt aparır?
Sadə korporativ sayt üçün adətən 1–2 həftə, funksionallığı çox olan layihələr üçün 3–6 həftə. Dəqiq müddəti tələbləri dəqiqləşdirdikdən sonra deyirəm.
WordPress yoxsa fərdi kod — hansı daha yaxşıdır?
Məzmunu tez-tez dəyişən bloq üçün WordPress məqbuldur. Amma sürət, təhlükəsizlik və fərdi funksionallıq lazımsa, Next.js ilə yazılmış sayt açıq şəkildə üstündür: daha sürətli yüklənir, plagin asılılığı və onlardan gələn təhlükəsizlik boşluqları yoxdur.
Tez-tez verilən suallar