Landing page hazırlanması
Landing page-in bir işi var: gələn ziyarətçini müraciətə çevirmək. Ona görə burada hər element bu məqsədə tabedir — mətn ardıcıllığı, forma yerləşməsi, yüklənmə sürəti. Reklam kampaniyasına pul xərcləyəcəksinizsə, ziyarətçinin düşdüyü səhifə sürətli və aydın olmalıdır.
Nə daxildir
- Konversiyaya fokuslanmış struktur və mətn ardıcıllığı
- Müraciət forması — e-mail və/və ya WhatsApp-a yönləndirmə
- Çox sürətli yüklənmə (reklam trafiki üçün kritik)
- Mobil-öncə dizayn
- Analitika qoşulması (Google Analytics / Meta Pixel)
- A/B test üçün hazır struktur
İş prosesi
- 01
Təklif və auditoriya
Nə satırsınız, kimə və hansı etiraza cavab verməlisiniz — mətn strukturu buradan çıxır.
- 02
Dizayn
Tək ekranlıq axın: diqqət → dəyər → sübut → müraciət.
- 03
Development
Kodlaşdırma, forma və analitika qoşulması.
- 04
Canlıya çıxış
Deploy, sürət testi, kampaniyaya hazır vəziyyət.
Tez-tez verilən suallar
- Landing page ilə adi sayt arasında fərq nədir?
- Adi sayt biznesinizi hərtərəfli təqdim edir və çoxlu səhifədən ibarətdir. Landing page bir kampaniya, bir məhsul və bir hədəf üçündür — diqqəti yayan heç nə olmur, ona görə reklam trafikində konversiyası daha yüksək olur.
- Nə qədər vaxt aparır?
- Adətən 3–7 iş günü. Mətn və şəkillər hazırdırsa, daha tez.