E-ticarət saytı hazırlanması

Onlayn mağazada hər saniyə gecikmə satışa çevrilməyən müştəri deməkdir. Mən e-ticarət saytlarını sürət prioriteti ilə qururam: məhsul səhifələri dərhal açılır, filtrlər gözləmə olmadan işləyir, səbət isə səhifə dəyişəndə itmir.

Nə daxildir
  • Məhsul kataloqu, kateqoriyalar və axtarış
  • Filtrləmə və çeşidləmə (qiymət, kateqoriya, xüsusiyyət)
  • Səbət və sifariş prosesi
  • Ödəniş sistemi entegrasiyası
  • Admin panel — məhsul, qiymət və sifariş idarəetməsi
  • Məhsul səhifələri üçün struktur data (Google-da qiymət və stok görünür)
  • Çoxdilli və çoxvalyutalı struktur — ehtiyac olarsa
İş prosesi
  1. 01

    Kataloq strukturu

    Məhsul növləri, kateqoriyalar, filtr məntiqi və sifariş axını planlaşdırılır.

  2. 02

    Dizayn

    Məhsul kartı, məhsul səhifəsi, səbət və ödəniş ekranları — konversiyaya fokuslanmış şəkildə.

  3. 03

    Development və entegrasiya

    Frontend, admin panel və ödəniş sistemi qoşulur, test sifarişləri keçirilir.

  4. 04

    Yüklənmə və deploy

    Məhsulların ilk yüklənməsi, performans testi və canlıya çıxış.

Tez-tez verilən suallar

Ödəniş sistemi qoşula bilər?
Bəli. Yerli bank ekvayringi və beynəlxalq ödəniş sistemləri qoşula bilər. Hansının uyğun olduğunu biznesinizin sənədlərinə və satış həcminə görə birlikdə seçirik.
Məhsulları özüm əlavə edə biləcəyəm?
Bəli — admin panel daxildir. Məhsul, qiymət, stok və şəkilləri kod bilmədən idarə edirsiniz.
Tez-tez verilən suallar