ZM Tech — İT xidmətləri şirkətinin korporativ saytı

Veb development, kibertəhlükəsizlik, 1C optimizasiyası və hostinq xidmətləri təklif edən şirkət üçün tək səhifəli korporativ sayt. React və Vite ilə qurulub; dörd xidmət istiqaməti tab sistemində təqdim olunur.

Canlı sayta bax
Ümumi baxış
Müştəri
ZM Tech — veb development, kibertəhlükəsizlik və 1C xidmətləri təklif edən İT şirkəti
Rol
Frontend development — səhifə arxitekturası, tab və akkordeon komponentləri, responsiv tərtibat, animasiyalar və deploy.
Stack
React · Vite · Tailwind CSS
Tarix
Avqust 2025
Dil
1 — EN
Problem

İT xidməti satan şirkətin saytında əsas çətinlik xidmətlərin bir-birinə oxşamasıdır: veb sayt hazırlanması, kibertəhlükəsizlik, 1C optimizasiyası və hostinq tamam fərqli alıcılara satılır, amma hamısı eyni siyahıda sadəcə «xidmət» kimi görünür. Ziyarətçi öz probleminin bu siyahıda olub-olmadığını bir baxışda anlamalı idi — dörd bölməni ardıcıl oxumadan.

Sayta nə daxildir
  • Dörd xidmət istiqaməti tab sistemində: veb sayt hazırlanması, kibertəhlükəsizlik, 1C optimizasiyası, hostinq və test
  • Hər tab öz təsviri ilə eyni panelin içində açılır — səhifə uzanmır
  • Dörd mərhələli iş prosesi: kəşf və planlama, dizayn və prototip, development, deploy və dəstək
  • Fasiləsiz sürüşən tərəfdaş loqoları lenti
  • Müştəri rəyləri bölməsi — ad, vəzifə və şirkət göstərilməklə
  • Komanda və missiyanı izah edən «haqqımızda» bölməsi
  • Akkordeon formatında tez-tez verilən suallar
  • Səhifə sonunda əlaqə çağırışı
Texniki qərarlar
01

Dörd xidmət, bir panel

Xidmətləri alt-alta düzsək səhifə dörd ekran uzanır və ziyarətçi öz istiqamətini tapana qədər sürüşdürməli olur. Tab sistemi hamısının adını eyni anda göstərir, detalı isə yalnız seçilənə açır. Nəticədə ziyarətçi bir baxışda şirkətin nə etdiyini görür və yalnız özünə aid olanı oxuyur.

02

Niyə React + Vite, Next.js yox?

Sayt tam statik marketinq materialıdır: server məntiqi, istifadəçi hesabı və dinamik məzmun yoxdur. Bu profildə Next.js-in server imkanları heç vaxt işə düşmür, amma build və deploy mürəkkəbliyi qalır. Vite ilə build həm daha kiçikdir, həm də adi statik hostinqdə problemsiz işləyir — texnologiya layihənin ölçüsünə uyğun seçilib.

03

FAQ akkordeon kimi qurulub

Bütün sualları açıq göstərmək səhifəni mətn divarına çevirir və heç kim oxumur. Akkordeon ziyarətçiyə yalnız başlıqları gözdən keçirib özünə aid olanı açmaq imkanı verir. Sual mətnləri isə sənəddə qalır — yəni həm insan, həm axtarış sistemi üçün görünən olur, sadəcə yer tutmur.

04

Dil seçimi mövqe bəyanatıdır

Sayt tamamilə ingilis dilindədir və bu, texniki deyil, strateji qərardır. Dil ziyarətçiyə ilk saniyədə kimə xitab edildiyini bildirir: yerli bazara yönəlmiş sayt azərbaycanca danışır, ingiliscə sayt isə beynəlxalq müştəri ilə işləməyə hazır olduğunu göstərir. Bir dildə səliqəli sayt üç dildə yarımçıq saytdan güclüdür.

05

İş prosesi bölməsi qeyri-müəyyənliyi azaldır

İT xidməti alan adamın birinci sualı «bu iş necə gedəcək» olur. Dörd mərhələli proses bölməsi məhz buna cavab verir: kəşf, dizayn, development, dəstək. Bu bölmə ilk əlaqədən əvvəl verilən sualların sayını azaldır və danışığı birbaşa məsələnin mahiyyətindən başlamağa imkan verir.

Nəticə

Sayt 2025-ci ilin avqustundan canlıdır. Masaüstü performansı yüksəkdir, mobil ölçmə isə hədəfin altındadır — səbəb şəkil və şrift yüküdür, optimallaşdırma planlaşdırılır. Rəqəm yaxşılaşandan sonra bura yazılacaq.

Layihənizi danışaq — adətən eyni gün cavab verirəm.

Nurlan Qadirov — Baku, Azerbaijan