Telco Group — İT infrastruktur və bulud şirkəti

Data mərkəzi, NOC/SOC, kibertəhlükəsizlik və zəif axın sistemləri quran şirkət üçün tək səhifəli korporativ sayt. Next.js ilə qurulub; canlı sistem statusu paneli və dörd həll qrupu ilə.

Canlı sayta bax
Ümumi baxış
Müştəri
Telco Group MMC — İT infrastruktur, kibertəhlükəsizlik və bulud həlləri şirkəti, Bakı (Chinar Park BC)
Rol
Frontend & Full-Stack development — informasiya arxitekturası, komponent sistemi, status paneli və sayğac animasiyaları, performans və deploy.
Stack
Next.js · TypeScript · Tailwind CSS
Tarix
Fevral 2026
Dil
1 — AZ
Problem

Telco Group-un xidmət siyahısı iyirmi beşdən çox maddədən ibarətdir — serverdən UPS sisteminə, CCTV-dən yanğınsöndürmə sistemlərinə qədər. Bunları düz siyahı kimi vermək saytı kataloqa çevirir və ziyarətçi öz ehtiyacını tapa bilmir. İkinci çətinlik daha dərindir: infrastruktur şirkətinin əsas satış arqumenti dayanıqlılıqdır, amma bunu mətnlə yazmaq inandırıcı deyil — bu sahədəki hər şirkət eyni cümləni yazır.

Sayta nə daxildir
  • Hero-da canlı görünüşlü sistem statusu paneli: uptime faizi, bloklanmış təhdid sayı, aktiv bulud node-ları və cavab müddəti
  • Başlıqda dəyişən söz animasiyası — şirkətin fəaliyyət sahələrini bir cümlədə növbələşdirir
  • Dörd nömrələnmiş həll qrupu, hər biri öz alt siyahısı ilə: Data Center & Security, Building Management & Security, Electrical & Mechanical, Korporativ İT Təchizat
  • İyirmi beşdən çox konkret sistem adı — server və storage-dən BMS və video wall sistemlərinə qədər
  • Üç xüsusi xidmət bloku: şəbəkə infrastrukturu, kibertəhlükəsizlik, bulud xidmətləri
  • Ekranda görünəndə sıfırdan hədəf rəqəmə qədər sayılan statistika blokları
  • Hero-da dörd etibar göstəricisi: uptime zəmanəti, qorunan server sayı, 24/7 dəstək, ISO sertifikatı
  • Tərəfdaş vendor loqoları bölməsi
  • Səhifə sonunda konsultasiya çağırışı və tam əlaqə məlumatları
Texniki qərarlar
01

Dayanıqlılığı yazmaq yox, göstərmək

Hər infrastruktur şirkəti saytında «etibarlıyıq» yazır və bu cümlə artıq heç nə demir. Ona görə hero-nun sağ tərəfinə canlı görünüşlü status paneli qoydum: uptime faizi, bloklanan təhdidlərin sayı, aktiv node-lar, cavab müddəti. Ziyarətçi vədi oxumur — şirkətin gündəlik işlədiyi ekranın necə göründüyünü görür. Bu, mətnlə çatdırıla bilməyən mesajdır.

02

İyirmi beş xidmət, dörd qrup

Xidmətlərin hamısını bir siyahıya yığmaq ziyarətçini itirir; hər birinə ayrıca səhifə vermək isə bu qədər yaxın mövzuda bir-birini təkrarlayan zəif səhifələr yaradır. Aralıq həll seçildi: dörd nömrələnmiş qrup, hər qrupun içində konkret sistem adları. Data mərkəzi axtaran adam birinci qrupda dayanır, bina sistemləri axtaran ikincidə — heç kim iyirmi beş sətri ardıcıl oxumur.

03

Konkret adlar saxlanıldı

«Şəbəkə həlləri» kimi ümumi ifadələr əvəzinə saytda FortiNAC, BMS, IP telephony, diesel generator, structured cabling kimi konkret sistem adları var. Bu adlar texniki qərar verən adamın axtardığı sözlərdir; ümumi ifadələr isə nə axtarışda tapılır, nə də ekspertiza hissi verir. Marketinq dili burada ziyandır.

04

Tək səhifə, çünki alıcı azdır

Data mərkəzi tikdirən şirkətlərin sayı azdır və qərar bir neçə nəfər tərəfindən verilir. Belə auditoriya üçün çoxsəhifəli naviqasiya qurmaq yox, bir sürüşmədə tam təqdimat vermək daha effektivdir: problem, həll qrupları, texniki dərinlik, etibar göstəriciləri, əlaqə. Ziyarətçi menyu ilə tanış olmadan bütün arqumenti görür.

05

Statistika sıfırdan sayılır

Rəqəmlər ekranda görünən kimi sıfırdan hədəf dəyərə qədər sayılır. Bu, dekorativ effekt deyil: hərəkət gözü rəqəmə cəlb edir və sürüşdürərkən ötüb keçiləcək məlumat qeydə düşür. Statik yazılmış rəqəm eyni yerdə fərq edilmədən qalır.

06

Şəkillər next/image üzərindən

Vendor loqoları və fon şəkilləri next/image ilə ölçülənir və müasir formatda verilir. Sadə loqo lenti belə optimallaşdırılmadıqda mobil bağlantıda ilk açılışı gecikdirir — infrastruktur satan şirkətin saytında isə yavaş açılış birbaşa mesajla ziddiyyət təşkil edir.

Nəticə

Sayt 2026-cı ilin fevralından canlıdır. Şirkətin öz domeni (telcogroup.az) hələ qoşulmadığı üçün hazırda Vercel ünvanında yayımlanır — domen bağlananda ünvan dəyişəcək, məzmun və struktur olduğu kimi qalır.

Layihənizi danışaq — adətən eyni gün cavab verirəm.

Nurlan Qadirov — Baku, Azerbaijan